Azərbaycanda istehsal olunan ərzağı dövlət satın alınacaq

2016-12-06 21:54:42 / 888 dəfə oxunub

Yerli ərzaq məhsullarının istehsalçıları və ya satıcılarının (idxalçı) nəzərinə çatdırılır ki, "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalının (www.tedaruk.az) "Tədarük elanları” bölməsində dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması nəzərdə tutulan ərzaq məhsulları üzrə yerləşdirilmiş təlabata dair təkliflərini Portalın "Təklif yerləşdir” bölməsində qeydiyyatdan keçərək təqdim edə bilərlər.

Sabahinfo.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər bir növü üzrə həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında (www.tedaruk.az) yerləşdirib.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalçıların və digər satıçıların (idxalçılar) fəaliyyətinin və təqdim edilən təkliflərin monitorinqi, habelə həmin ərzaq məhsullarının satın alınması prosedurları Azərbaycan Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uğun olaraq həyata keçiriləcək.

Həmçinin, elanın şərtlərinə uyğun gələn təkliflərin qiymətləndirilməsi zamanı yerli istehsalçılara üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzi və ya "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012 555 04 14

Mob: 050 243 28 95



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws