Şəkərsiz diabet necə olur?

2016-12-06 22:37:34 / 6439 dəfə oxunub
Şəkərsiz diabet xəstəliyi kəskin susuzluq, poliuriya, sidiyin nisbi sıxlığının az olması ilə təzahür edir. Şəkərsiz diabet zamanı xəstələr gün ərzində 5-25 litrə qədər su içirlər. Çox vaxt xəstəliyə 20-40 yaşları olan kişilərdə rast gəlinir. Şəkərsiz diabet əksər hallarda mübadilə endokrin və vegetetiv pozulmalarla birgə gedişə malik olur.
Xəstəliyin əmələ gəlmə səbəbi neyronların antidiuretik hormonlar ifraz edən nüvələrinin çatışmazlığıdır. Bu zaman qanda antidiuretik hormonların miqdarı aşağı düşür ki, bu da poliuriyaya və dolayısıyla polidipsiyaya səbəb olur.
sabahinfo.Az immunitet.az-a istinadən bildirir ki, şəkərsiz diabet hipotalamusun pataqnomik zədələnməsinin əlaməti olub neyroendokrin sistemin mübadilə pozğunluğu sayılır. Nadir hallarda xəstəliyin qaraciyər və böyrəküstü hormonlar səbəbli meydana çıxan formalarına da rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi hipotalamusun infeksion, travmatik, şiş zədələnmələri də ön plana çəkilir. Şəkərsiz diabet zamanı orqanizmdə aşağıdakı patologiyalar meydana çıxa bilir:
- ekzoftalm
- hiperxollesterinemiya
- osteoparoz
- sümüklərin kalsiumsuzlaşması.
Xəstəliyə diaqnozun qoyulmasında sidiyin analizinin nəticəsləri əsas götürülür.
Müalicə xəstəliyi əmələ gətirən səbəbə qarşı aparılır. Əgər şiş səbəbli şəkərsiz diabet inkişaf edibsə, bu zaman müalicə cərrahi yolla aparılır.
Müxtəlif səbəblərdən baş verən şəkərsiz diabetdə isə hipotiazid, trankvilizatorlar və digər dərman preparatları vasitəsilə kurslarla müalicə tətbiq edilir.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws