Qran-pri: Olimpiya çempionumuz mübarizəni dayandırdı

2016-12-10 09:40:24 / 1922 dəfə oxunub

Bakıda keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi bu gün başa çatacaq. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günündə daha 4 çəkinin qalibinin adına aydınlıq gələcək.

 

Bu çəki dərəcələrindən 3-də Azərbaycan da təmsil olunacaq.

 

Kişilər

68 kq

Dünya reytinqində 12-ci yerdə qərarlaşan Ayxan Tağızadə ilk qarşılaşmasında cənubi koreyalı Seok-Bae Kimlə üz-üzə gələcək.

 

+80 kq

Olimpiya çempionumuz Radik İsayevin yarışda debütü uğurlu alınmayıb. Öz çəkisinin lideri gözlənilmədən Roman Kuznetsova uduzub. Rusiyalı taekvondoçu 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

Qadınlar

57 kq

Xanım taekvondoçuların mübarizəsində ölkəmizi təmsil edən Yaprak Eriş 1/8 finalda Hedaya Malakla (Misir) üz-üzə gələcək.

 

Qeyd edək ki, yarışın ilk günündə Milad Beiqi Harçeqani (80 kq) çıxışını qızıl medalla başa vurub.



Son xəbərlər
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws