İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib

2016-12-10 15:38:31 / 1521 dəfə oxunub

10 dekabr 2016-cı il tarixdə Rayon  Mərkəzi  Xəstəxanasının akt zalında         "Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı”mövzusunda tədbir keçirilib. İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.sabahinfo.az-a verilən mılumata görə  Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aydın Əsədov tədbiri giriş  sözü  ilə  açaraq  Azərbaycan səhiyyəsinin     uğurlarının  Heydər Əliyevin  adı  ilə  bağlı  olduğunu  qeyd edib. Bildirilib ki, ulu öndər dünyanın nadir, fərqli siyasətçisi olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada sözü keçərli, nüfuzu qəbul edilən lider kimi tanınıb. Onun siyasətinin milli maraqlar üzərində qurulduğunu qeyd edən  RİH-nin baş məsləhətçisi Nəsimi Teymurov Ümumilli lider Heydər Əliyevin səhiyyə sahəsində apardığı uğurlu siyasətindən danışıb. Digər çıxışçılar - İsrail İsmayılov, Murad Həbibov, Şahmurad Şirəliyev də bildiriblər ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Azərbaycan ümummilli liderin siyasəti ilə irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını  artırır.

 



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws