İsmayıllı ağsaqqalları və ağbirçəkləri anım mərasimində

2016-12-10 15:55:03 / 1865 dəfə oxunub

İsmayıllı rayon İcra Hakimiyyətindəağsaqqallar və ağbirçəklərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib. Rayon veteranlar şurası və rayon ağsaqqallar Şurası tərkibində birləşərək dövlətə, dövlətçiliyəxidmətdə səfərbər olan ağsaqqal və ağbirçəklərlə yanaşı xidmət  təşkilatları, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləridə tədbirdə olublar.

  Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndərin əsrə sığmayan həyat və fəaliyyətindən, müstəqil Azərbaycanı Beynəlxalq arenada söz sahibi etməyindən, İkinci dünya müharibəsi veteranlarına, bütövlükdə Azərbaycan xalqına qayğısından, xilaskarlıq missiyasından, ölkədə milli  vəhdət və birlik yaratmasından, iqtisadi yüksəlişin əsasını təmin etməsindən, siyasi sabitlik üzərində hüquqi dövlət quruculuğundan ətraflı danışıb.

 sabahinfo.az-a verilən məlumata görə  Rayon veteranlar şurasının sədri Əlaləm Babayev keçmiş hərbçi kimi ümummilli lider Heydər Əliyevin ordu quruculuğundan, dövlət qulluğu veteranı Valeh Salehov ulu öndərin  insanlara bəxş etdiyi firavan həyatdan danışıb. Qeyd ediblər ki, onun  çoxistiqamətli siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir.

 Ulu öndər barədə söz deyən hər kəsi məclis səmimiyyətlə dinləyib.

 Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws