“Qarabağ”ın futbolçuları azarkeşlər tərəfindən mükafatlandırılıb

2016-12-10 22:13:36 / 1451 dəfə oxunub

"İmarət” azarkeş qrupunun 2016-cı ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

sabahinfo.Az Reporta istinadən xəbər veirr ki, tədbirdə azarkeşlər, komandanın futbolçuları, baş məşqçi Qurban Qurbanov, icraçı direktor Əmrah Çəlikəl, millət vəkili Fazil Musatafa, Peşəkar Futbol Liqasının rəsmiləri və jurnalistlər iştirak edib.

Tədbirin başlanğıcında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca azarkeş qrupunun üzvləri cari ildə görülən işlər barədə məlumat verib. Qonaqlara "İmarət” və "İmarət Avropa”nın bu il gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirilib.

Bundan sonra keçmiş futbolçu Gülağa Məmmədov qonaqlar önünə keçib. Sabiq futbolçu Ağdamla, "İmarət”lə bağlı xatirələrini danışıb: "Artıq "Qarabağ” futbolla səsini dünyaya çatdırır. Müharibə vaxtı idi. Futbolçular oynamaq yox, döyüşmək istəyirdi. Rəhmətlik Fred Asifə vəziyyəti dedim. O mənə belə cavab verdi: "Gülağa, mən döyüşə 11 min adam taparam, amma futbol oynamağa 11 nəfər tapmaram. Siz gedin futbolu oynayın. Elə oyunlar olub, matçdan sonra azarkeşlər bizə deyib ki, bu nə oyundur? Oynamasaydınız, daha yaxşı idi. Bu da onu göstərir ki, Ağdamda futbolu bilirlər. Ağdam komandası siyasi komandadır. İndi Rəşad Sadıqov var və onu komandanın beyni sayıram. "Qarabağ”ın üstünlüyü odur ki, heç kimdən qorxmamışıq”.

Tədbirin gedişatında komandanın futbolçuları Dani Kintana, Maksim Medvedev, Rəşad Sadıqov, Azərbaycan Premyer Liqasının rəsmi yayımçısı "CBC Sport” kanalı, millət vəkili Fazil Mustafa "İmarət” azarkeş qrupu tərəfindən mükafatlandırılıb.

Mükafatlandırılanlar azarkeş qrupuna təşəkkürlərini bildiriblər.

Sonda komandanın baş məşqçisi Qurban Qurbanov qonaqlar önünə dəvət olunub. O, həmişə azarkeşlərin yanında olduqlarını və komandanın də "İmarət”ə ehtiyacı olduğunu bildirib: "İldən-ilə daha da güclü olmalıyıq. Bu gün də bunu bacardıq. Komanda ilə daha yaxşı nəticələr əldə edəcəyik. Məqsədimiz "Qarabağ”ın daha da irəlidə olmasıdır”.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws