Neft hasilatının azalma həcmi AÇIQLANDI

2016-12-11 22:55:14 / 1989 dəfə oxunub

Kartelə üzv olmayan 11 ölkə hasilatı ümumilikdə sutkada 558 min barel azaltmış olacaq

OPEC-ə üzv olmayan ölkələrin neft hasilatını azaltmasına dair dəqiq məlumatlar açıqlanıb. Kartelin şənbə günü Avstriyanın paytaxtı Vyanada müstəqil neft istehsalçıları ilə neft hasilatına dair əldə etdiyi razılığa əsasən, Malayziya onun səviyyəsini sutkada 20 min, Ekvatorial Qvineya 12 min, Bəhreyn isə 10 min barel azaldacaq.
sabahinfo.Az "Report"a istinadən bildirir ki, bu barədə Nigeriyanın Neft Ehtiyatları Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat dərc olunub.
Məlumata görə, Cənubi Sudan hasilatı sutkada 8 min barel, Sudan və Bruney isə hər biri 4 min barel aşağı salacaq.
Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və digər ölkələr üçün hasilatın azaldılması həcmləri barədə məlumatlar nazirliyin şənbə günü görüşdən sonra dərc etdiyi rəqəmlərlə eynidir.
Belə ki, Rusiya sazişə görə hasilatı 300 min, Meksika 100 min, Oman 45 min, Azərbaycan 35 min, Qazaxıstan isə 20 min barel azaldacaq.
Ümumilikdə kartelə daxil olmayan 11 ölkə neft hasilatını sutkada 558 min barel azaltmış olacaq.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws