Həyat yoldaşından ayrılan kişi özünə qəsd etdi

2016-12-12 10:00:30 / 1760 dəfə oxunub

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi intihara cəhd edib. sabahinfo.az saytı xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, hadisə 1-ci Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1976-ci il təvəllüdlü Rafiq Budaqov yaşadığı evdə qarın nahiyyəsinə iki bıçaq zərbəsi vurub. O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

 

İlkin məlumata görə, Rafiq Budaqov özünə bıçaqla xəsarət yetirən zaman sərxoş olub.

 

Bildirilir ki, bir neçə gün əvvəl Rafiq Budaqov həyat yoldaşından ayrılıb. Arvadının ondan ayrılmasına əsəbiləşən 40 yaşlı kişi intihar etmək istəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws