Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

2016-12-12 14:55:11 / 1648 dəfə oxunub

Dekabrın 12-də rayonun Heydər Əliyev parkında müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.


sabahinfo.az-a verilən məlumata görə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə , müəssisə və təşkilat rəhbərləri, veteranlar,  rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.


Tədbirdə iştirak edən minlərlə kürdəmirlilər Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzməklə ona olan məhəbbətlərini və ehtiramlarını bir daha nümayiş etdirdilər.


Ulu Öndərin xatirəsini yad etmək üçün gələn hər kəsin dilində bir fikir səslənir-Nə qədər ki, Müstəqil Azərbaycan Dövləti var, Azərbaycan Xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

Həmin gün şəhərin "Elşad” sarayında Ümummilli Liderimizin xatirəsinə ehsan verilmişdir.


 

 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws