Qobustanda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

2016-12-12 15:25:35 / 1662 dəfə oxunub

12 dekabr Ulu öndər Heydər Əliyevin anım günü Qobustan rayonunda qeyd edildi. Bu gün bütün Azərbaycan xalqı öz xilaskarı, ümummilli lideri Heydər Əliyevin anım gününü qeyd edir. Ulu Öndərin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anır.  Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir: Lakin xalqımız bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun idealarına böyük sədaqət nümayiş etdirir.Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salsaq ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil  milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir. Heydər Əliyevin mübarizliyi  bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş  bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt  gələcəyinə  xidmət etməyə səfərbər etmişdi. Onun prezidentliyinin yüz günü üçün də, bir ili, hətta beş ili üçün də konkret yazılıb nümayiş etdirilən platforması, proqramı yox idi. Amma müşahidələr, siyasi fəaliyyətinin təhlili insanda elə təsəvvür yaradır ki, sanki bu dahi hər şeyi konkret bir layihə üzrə həyata keçirir.Azərbaycan onun böyük vətəni idi. O öz böyük vətənini sevdiyi kimi, kiçik vətənini, yəni ailəsini də dünyalarca sevirdi. Ailə onun dayağı idi, ona bütün işlərində dəstək idi. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır.  Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 13 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir. Müstəqillik tariximizdə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin davamı olan Prezident İlham Əliyev dövrü Azərbaycanı bölgənin liderinə, dünyada söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi kimi tarixə yazılmaqdadır.

     "Bu, polad iradəli şəxsiyyət böyük sərkərdə dühası ilə gənc müstəqil Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apara bilmiş və həyatının son məqamında belə yaratdığı bu möhtəşəm əsəri öz sədaqətli və dəyanətli silahdaşına etibar etməklə yeni möhtəşəm bir xidmətə imza atmışdır”.          
    12 dekabr ulu öndər Heydər Əliyevin anım günü Qobustan rayonunda qeyd edildi.    Tədbirdən əvvəl Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil  Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ağsaqqalları və Qobustan  sakinləri  Ümummilli Liderin abidəsini ziyarət edərək,abidənin önünə tər çiçək dəstələri qoydular. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyaret etdilər..Mərkəzdə yerləşən Heydər Əliyev Muzeyini gəzərək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla,əyani vəsaitlərlə  tanış oldular, Ekskursiya başa çatdıqdan sonra tədbir iştirakçıları ehsan süfresinə dəvət olundu.
      Ehsan süfrəsində ulu öndər Heydər Əliyevin ruhuna dualar oxundu



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws