“Sənin qanını içərəm...” – Yol polisi əməkdaşı, VİDEO

2016-12-13 09:00:37 / 2372 dəfə oxunub

Bakıda yol polisi ilə vətəndaşlar arasında mübahisə yaranıb. sabahinfo.az saytı xəbər verir ki, Publika.az-ın məlumatına görə, bununla bağlı videonu sosial şəbəkələrdə Rizvan Nuriyev adlı istifadəçi paylaşıb.

Videodan da göründüyü kimi, 99 YP 463 dövlət nömrə nişanlı patrul avtomaşınında xidmət aparan yol polisi əməkdaşı vətəndaşlarla mübahisə edir, onlara qarşı nalayiq ifadələr işlədir. Hətta vətəndaşlardan birinə "sənin qanını içərəm, itil burdan” deyərək onu itələyir.

 

Yaşlı qadınlar onları sakitləşdirməyə çalışsa da, polis əməkdaşı onların da yanında küçə söyüşləri söyür. Mübahisənin nədən baş verdiyi barədə məlumat verilmir.

Həmin görüntüləri Meydan TV-yə istinadən təqdim edirik:




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws