Usta təmir etməli olduğu avtomobili qaçırdı

2016-12-13 13:25:32 / 1860 dəfə oxunub

Bərdədə avtomobil qaçırılıb. Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 12-də Bərdə rayonunun Qaradəmirçi kənd sakini  Vaqif Fətullayev RPŞ-yə müraciət edərək bildirib ki, iyun ayında "Mercedes" markalı avtomobilini təmir üçün Sadiq adlı ustaya vermiş, dekabrın 11-də təmir sexinə gəldikdə avtomobilin usta tərəfindən qaçırılmasını müəyyən edib.

 

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Sadiq Qələndərov və Seymur Məmmədov tutulublar.

 

S.Qələndərovdan 9,28 qram, S.Məmmədovdan isə 9,18 qram marixuana götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 10-dan 12-dək olan müddətdə Bərdə şəhəri ərazisində 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.



Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws