Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

2016-12-13 10:22:58 / 4432 dəfə oxunub

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri  Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı.  Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyini xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qurtuluş idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
sabahinfo.az-a verilən məlumata görə dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13- ci ildönümü günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,başda olmaqla YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatlarının işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri-cəmi 3000 nəfər rayonun baş meydanında ucalan ümumilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və etiramlarını bildirmişlər.
Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilmişdirş.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məruzə etmişdir.
Rayon sakinlərindən ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları  İradə Məmmədova, Rahim Məmmədov çıxış edərək əziz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws