Qurban Qurbanov “Beşiktaş”la oyun barədə: Dəqiq nəsə yoxdu

2016-12-13 22:53:01 / 579 dəfə oxunub

"Yaxşı oyun alındı. Mərhələnin ilk matçı üçün yaxşı nəticə idi. Azarkeş və futbolçularımızı təbrik edirəm".

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la keçirilən ilk oyunundan sonra "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov deyib.
 
Baş məşqçi 6:0 hesablı qələbədən sonra bunları bildirib: "Sumqayıt"a uğurlar arzu edirəm. İtkiləri çox idi. Futbolçularımın oyunundan razı qaldım. Cavab görüşündə dəyişikliklər olacaq. Amma indidən deyə bilmərəm. Çünki Premyer Liqa oyunumuz var".
 
Qurbanov "Beşiktaş"la yoldaşlıq oyunu haqqında gəzən xəbərlərə də münasibət bildirib: "Klub rəhbərliyi səviyyəsində danışıqlar olub. Amma ortada dəqiq nəsə yoxdur. Xəbərim var ki, əməkdaşlıq etmək, Bakıda yoldaşlıq görüşü keçirmək istəyirlər. Onların klub nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək"



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws