İsmayıllı Gəncləri Fəxri Xiyabanda

2016-12-13 17:06:45 / 1654 dəfə oxunub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən "Azərbaycanın İntellektual BİRincisi” layihəsinin regional zona seçim turunda İsmayıllı komandası I yerə layiq görülmüşdü. Final yarışlarında iştirak etmək üçün komandamız İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərinə ezam edilmişdir. Yarışdan öncə İsmayıllı intellektualları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər qərənfillər düzmüşlər.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Ulu Öndərin keçdiyi həyat yolundan, onun ölkəmizə verdiyi müstəqillik töhvəsindən, çoxsaylı xidmətlərindən məktəblilərə danışmışdır.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws