Toydan dönən bəy və gəlinin evi partladı - VİDEO

2016-12-13 23:38:38 / 1313 dəfə oxunub

Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq xəsarətləri alıb. sabahinfo.az saytı "Xəzər xəbər”ə istinadən xəbər verir ki, hadisə ötən axşam paytaxtın Binəqədi rayonu ”Sulutəpə” qəsəbəsində, Etibar Ağayevə məxsus evdə baş verib. Zərərçəkmiş ev sahibinin sözlərinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra olub.

 

Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə dərhal xəstəxanaya aparılıblar.

 

Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də, alov 4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba olub.

 

Hadisə yerindən Fövəqəladə Hallar Nazirliyinin ekspertiza qrupu nümunələr götürüb. Yanğının dəqiq səbəbi araşdırmanın nəticəsində bilinəcək.




Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws