Tiflisdə bank qarət olunub

2016-12-14 14:42:35 / 946 dəfə oxunub

Tiflisdə bank qarət olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda bir adam iştirak edib.

 

Hələlik bankdan oğurlanan pulun məbləği açıqlanmır.

 

Müəyyən edilib ki, oğurluq edən şəxs tapança ilə "Gürcüstan Bankı"nın işçilərinə hədə-qorxu gəlib və pulu götürərək hadisə yerindən uzaqlaşıb. Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən şəxs evində saxlanılıb. Həmin şəxsin evində hadisə yerində istifadə olunan odlu silah tapılıb və sübut kimi götürülüb. Polis axtarış zamanı saxlanılan şəxsin evindən narkotik maddə və bankdan götürülmüş pulun bir hissəsini tapıb.
 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws