Nazir: "Vergiləri könüllü açıqlayanlara maliyyə sanksiyası tətbiq edilməyəcək"

2016-12-14 15:14:52 / 784 dəfə oxunub

Azərbaycanda vergiləri könüllü açıqlayanlara maliyyə sanksiyası tətbiq edilməyəcək. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.

 

Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.

 

"Məlum olduğu kimi, vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının başa çatmasına baxmayaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda növbədənkənar vergi yoxlaması keçirilə bilər. Bu zaman keçirilən vergi yoxlaması ilə büdcədən yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə bərpa edilməklə, həmin yayındırılmış məbləğə 50% miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəlləyə təklif edilən könüllü vergi açıqlaması ilə bağlı müddəaların tətbiqi vergi ödəyicilərini belə sanksiyalardan azad edəcək", - deyə F.Məmmədov vurğulayıb.

 

Onun sözlərinə görə, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama ilə aşkar olunmamış səhvlərin, o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması hallarının vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur: "Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif edilir ki, bu da vergi ödəyicisinə könüllü vergi açıqlaması barədə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə görə bəyannamə verilməsi hüququnu verir. Həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir. Məlumat üçün bildirim ki, analoji müddəalar ABŞ, əksər Avropa ölkələrinin, qardaş Türkiyənin qanunvericiliyində öz əksini tapıb".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws