Bakıda metronun qarşısında QƏTL - YENİLƏNİB

2016-12-14 17:54:55 / 932 dəfə oxunub

Bakıda metronun qarşısında öldürülən şəxsin kimliyi məlum olub.

 

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qətlə yetirilən şəxsin 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov olması müəyyən edilib.

 

İlkin məlumata görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun "Memar Əcəmi” stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

 

15:56

 

Bakıda qətl törədili b.

 

APA-nın məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun "Memar Əcəmi” stansiyasının qarşısında qeyd ə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.

 

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws