Masazırda kütləvi dava olub

2016-12-14 21:23:43 / 2239 dəfə oxunub

Abşeron rayonunda kütləvi dava olub, xəsarət alanlar var. sabahinfo.az saytı xəbər verir ki, "Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsi, "Araz marketin" yaxınlığında yerləşən kafedə qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Əlvəndov Əhsən Cəfər oğlu və onun qardaşı Əlvəndov Füzuli Cəfər oğlu kafedə 6 nəfər tərəfindən döyülüb. Ə.Əlvəndov və F.Əlvəndov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı istintaq zamanı xəsarət alan F.Əlvəndov hüquq-mühafizə orqanı əməkdaşlarına bildirib ki, qardaşı kafedə oturarkən tanıdığı qadınla telefonla danışıb. Bu zaman kafedə olanlar ondan çölə çıxıb danışmağı tələb edib. Bundan hiddətlənən Ə.Əlvəndov mübahisə edib. Mübahisə zamanı dava düşüb. Qardaşının döyüldüyünü görən F.Əlvəndovda müdaxilə edib. Nəticədə o da döyülüb.

 

Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws