Kürdəmirdə ova çıxan şəxs faciəvi şəkildə öldü

2016-12-14 21:50:23 / 597 dəfə oxunub

Kürdəmirin Sovla kənd sakini ehtiyatsızlıqdan öz həmyerlisini qətlə yetirib.

sabahinfo.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə kənd sakinləri Anar Şirməmməd oğlu Xəlilov və Saleh Məmməd oğlu Tağıyev ovda olarkən baş verib.

Saleh Məmmədovun silahından açılan güllə Anar Xəlilova dəyib.

Anarın atası Şirməmməd Xəlilov hadisə haqda danışıb: "Mənə zəng elədilər ki, belə-belə. Güllə dəyib. Arxadan açılıb. Bilmirəm təsadüfən olub, necə olub, nə olubsa, axırı olub…”

Hadisə yerinə gedən kənd sakinləri Anar Xəlilovun yaralı vəziyyətdə olduğunu görüblər. Onu ov sahəsindən çıxararaq xəstəxanaya çatdırmağa çalışıblar.

Daha sonra təcili tibbi yardım stansiyasına daxil olan məlumat əsnasında əraziyə yollanan həkimlər xəstəyə yardım göstəriblər. Lakin yaralı çox qan itirdiyindən həkimlərin səyi nəticə verməyib.

Hadisəni törətməkdə şüphəli bilinən Saleh Tağıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws