Gəncədə 52 yaşlı qadını avtomobil vurub

2016-12-14 23:30:57 / 739 dəfə oxunub

Axşam saatlarında Gəncədə 52 yaşlı piyadanı avtomobil vurub.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsində marşrut avtobusdan düşən 1964-cü il təvəllüdlü Gəncə şəhər sakini Arazova İmperial Firuddin qızı yolu keçmək istəyərkən onu avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan piyada təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım alan yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws