Qar İsmayıllı, Qəbələ və Şamaxıda fəsadlara səbəb olub

2016-12-15 11:56:05 / 1403 dəfə oxunub

Ötən gün axşam saatlarından başlayaraq Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Göyçay rayonlarına güclü qar yağıb, ucqar kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində yaranan problem aradan qaldırılıb. Həmin rayonların İcra hakimiyyətlərindən APA-nın yerli bürosuna verilən məlumata görə, dağlıq ərazilərdəki kəndlərə 25-30 santimetr, rayon mərkəzlərinə 10-15 santimetr hündürlükdə qar yağıb. Güclü qar səbəbindən bəzi kəndlərdə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Hazırda elektrik verilişinin bərpası üçün işlər görülür. Kəndlərdə rabitə xidməti ilə bağlı müəyyən problemlər yaranıb. Bir sıra köhnə evlərin, yardımçı tikililərin dam örtüyü güclü qarın ağırlığına tab gətirməyərək çöküb.

 

İsmayıllı-Lahıc, İsmayıllı-Muğanlı, Şamaxı-Pirqulu yolunun, Ağsu-Şamaxı, Qəbələ-İsmayıllı, Qaraməryəm-İsmayıllı, Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyatın hərəkətinin intensiv təmin olunması üçün yol istismar idarələrinin ağır texnikaları və işçiləri tərəfindən yollar qardan təmizlənir, əraziyə qum səpilir. Hazırda rayonlara qar yağmaqda davam edir. Bu gün axşam saatlarında şaxta səbəbindən buz bağlayacaq yollarda nəqliyyatın hərəkətinin məhdudlaşmaması üçün qabaqlayıcı tədbirlər görülür.

 



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws