Günay Fuad qızı Abdullayevadan Bir içim sevgi.

2016-12-15 15:41:22 / 187399 dəfə oxunub

Sən Cisminə özümü,qul eyləmişəm, Ruhumu özünlə,aparmısan sən. Çatmağa yanına,yol eyləmişəm, Orda qasırğalar,qoparmısan sən.

Yetməyir əllərim,əlinə neynim, Dözürəm əzaba,zülümə neynim, Getsəm,həsrətindən ölümə neynim? Axtarib ardımca,taparmısan sən..?

İstəmə zülfümü,qara gözümü, İstəmə ruhumu,mənim özümü, Bilməm,hardan aldın,sən bu dözümü, Yoxsa sevgimizi satarmısan sən.

Düşünüb xəyalın,hər gecə,hər gün, Nə qaraya boyan,nə ağa bürün, Bilinmir ünvanin,bilinmir yerin, Yollari bitməyən,qatarmısan sən?

Eh,daha nə deyim,dedim sözümü, Yollara dikmişəm,qəmli gözümü, Ovut ürəyimi,ovut özümü, Gəlib əllərimi tutarmısan sən..? Yoxsa,eşqimizi satarmısan sən!


Unuda bilmirəm Sənsiz illər keçir,dərdli-davali, Mən səni unuda bilmirəm niyə? Düşdüm atəşinə,oldum havalı, Mən səni unuda bilmirəm niyə?

Gözəl arzularla qururam səni, Bəlkə də xəyalən,yoruram səni, Gələndən,gedəndən soruram səni, Mən səni unuda bilmirəm niyə?

Sənsiz yaşayiram,niyə ölmədim, Dərdimi bir kəsə,açıb bölmədim, Ürəyimdən bacarmadım,silmədim, Mən səni unuda bilmirəm niyə?

Mənəm hicranınla,coşub,daşan da, Adına min nəğmə,şeir qoşan da, Elə ki,gün sönüb,şər qarişanda, Mən səni unuda bilmirəm niyə?

Gözlərim görməyir yuxu,nədəndir? Kədərdi bəxtimin çoxu,nədəndir? Cavab tapammiram axi,nədəndir? Mən səni unuda bilmirəm niyə?

Günayam,verirsən könlümə sitəm, Səni görən gündən,aglayır didəm, Bax elə bu saat,bax elə bu dəm, Mən səni unuda bilmirəm niyə...?


********

Səni unutmağı bacarmadım mən Sənsiz selə dönür,gözümün yaşı, Səni unutmağı bacarmadım mən. Unutdum özümü,dostu,sirdaşı, Səni unutmağı bacarmadim mən.

Ürək əvvəlki tək,coşa gəlməyir, Etdiyim diləklər,başa gəlməyir, Sevərkən ayrilmaq,xoşa gəlməyir, Səni unutmağı bacarmadım mən.

Son dəfə,əlacsız söylədim bunu; -Nə səni tanıdım,nə məni tanı, Unutmuşam xoşbəxtliyin unvanin, Səni unutmağı bacarmadım mən.


Küskündü sevgi Bir gün xatirədir,bu yaşananlar, Gələn xatirədir,gedən xatirə. Xəyala çevrilər,bu gözəl anlar, Qalan xatirədir,olan xatirə.

Sən də xəyal kimi,beynimə girdin, Gerçək tək,gözümdə büründün yaşa. Bir dəfə arayıb,bir dəfə sordun? Elə bil çevrildin qayaya,daşa.

Sanki yaşayıram,qürbətdə sürgün, Yeyirəm qəhəri,mən loxma-loxma, Bir gün küçənizdən,keçəm o bir gün, Görsən əllərimdən,tutub buraxma.

Solarmı,solarmı sədaqətimiz, Tutarmı bu günah,bu nalə bizi, Yaşasaq bir ömür,ancaq ikimiz, Tökülərmi görən,taleyin gözü?

Bəlkə də yazılan,yazı belədir, Başımda dumandı,çisgindi sevgi. Bəlkə də doğrusu,düzü belədir, Bir ömürlük mənə,küsgündü sevgi.


Hər gecə iki şeir... Hər gecə iki şeir,hər gecə iki əsər, Yazıram sənsizlikdən,səndən səhərə qədər. Yazıram gözlərimə,dolan qəmdən,yağışdan, Yazıram,yaralanmış,parçalanmış baxışdan. Hər gecə iki şeir,hər gecə iki əsər, Nə səni unutdurar,nə nəfəsimi kəsər. Qolların çox uzundu,sarsan itərəm dedim, Ömrümə gəlmə dedim,gəlsən ötərəm dedim, Bilməm,niyə demədin,mənə bitərəm dedin? Sənin üçün ağladım,sevginə yas saxladım, Doğma ikən,gen düşüb,olmusan özgəm,yadım. Bilmədin,biləmmədim,biz itdikmi şeirdə? Hər gecə iki şeir,hər gecə iki əsər... Halimiza aglayır,hər yazdığım şeir də. Hər gecəmi yazacam,yenə sənsiz yanacam. Donacam,soyuqluğun isidəcək ruhumu. Ruhum ölü ruhumu? Sevənlər ölməz gülüm,ölsə də eşqi onun, Yaşadar gecələrdə,qəlbində sevgi onu. Hər gecə iki şeir,hər gecə iki əsər, Nə səni unutdurar,nə nəfəsimi kəsər...!






Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws