Metronun qarşısında öldürülən oğlanın ailəsi: "Qız ona yalan danışıb"

2016-12-15 17:55:59 / 3203 dəfə oxunub

Dünən Bakının Nəsimi rayonu ərazisində, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

sabahinfo.Az xəbər verir ki, qətlə yetirilmiş 21 yaşlı Ələkbər Muxtarovun ailə üzvləri lent.az-a bildirib ki, o, 1 aya yaxın vaxtda sosial şəbəkədə tanış olduğu qızla əlaqə saxlayırmış: "Həmin qız Ələkbərə yaşının 19 olduğunu deyib. Sonra qız onu görüşə çağırıb. Görüşdən 1 saat əvvəl isə elə qızın öz nömrəsindən qardaşı Ələkbərə zəng edib, görüşmək istədiyini deyib. Ələkbər də "problem yoxdur" deyərək gedib. Elə orada da öldürüb". 

Bildirilir ki, Ə.Muxtarov hərbi xidmətdən qayıtdıqdan sonra "Sovetski"dəki yaşayış binalarının birində mühafizəçi işləyirmiş.
 
21 yaşlı Ələkbər bu gün Bülbülədə dəfn edilib.
Metronun qarşısında öldürülən oğlanın ailəsi: "Qız ona yalan danışıb" - FOTO
Metronun qarşısında öldürülən oğlanın ailəsi: "Qız ona yalan danışıb" - FOTO



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws