Rabitə Nazirliyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar müraciətlərə diqqəti artırır

2016-12-16 09:49:37 / 702 dəfə oxunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iclasda gündəliyə daxil edilmiş məsələlər - Prezident Administrasiyası rəhbərinin sahibkarların hüquqları və qanuni mənafelərinin qorunması məqsədilə mərkəzi və yerli icra hakimiyyətlərinə verilən tövsiyələri, Şuraların "Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya şuralarında müraciətlərin elektron qəbulu sistemi”nə inteqrasiyası, eləcə də son vaxtlar Apelyasiya Şurasına daxil olan müraciətlər üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.


Həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar müraciətlərə nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin bir qədər də artırılması, müraciətlərin ilkin mərhələdə operativ həllini tapması istiqamətində ciddi tədbirlərin görülməsi, o cümlədən hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi bir daha diqqətə çatdırılıb.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws