Lerikə 40 santimetr qar yağıb: yollar buz bağlayıb

2016-12-16 11:40:52 / 862 dəfə oxunub

Lerik rayonuna 35-40 santimetrə qədər qar yağıb.

sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə Lerik Rayon İcra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, dekabrın 15-də yağan qar nəticəsində rayon ərazisindəki bəzi avtomobil yolları buz bağlayıb:

"Lerik-Lənkəran yolu istiqamətində və rayonun bəzi ərazilərində qarın hündürlüyü 35-40 santimetrə çatıb. Bəzi yollar buz bağlayıb. Şaxtalı hava şəraiti yolların buzdan təmizlənməsinə mane olub. Hazırda bəzi yollarda buzlaşma hələ də qalır. Kəndlərlə yanaşı, şəhər ərazisindəki avtomobil yolları da buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Hava şəraiti ilə əlaqədar bəzi kəndlərin elektrik enerjisi təminatında da problem yaranmışdı. Amma bu problemlər aradan qaldırılıb".



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws