Xəzərdəki hadisədə küləyin uçurduğu yaşayış budkası tapılıb

2016-12-16 17:17:41 / 1127 dəfə oxunub
Dünən güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir. 

SOCAR-dan verilən məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, vertalyot və gəmilərin sayı artırılıb. 

Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws