İsmayıllıda “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib.

2016-12-16 17:52:50 / 1665 dəfə oxunub
İstehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 16 dekabr 2016-cı il tarixində İsmayıllı rayonunda aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, istehlakçıların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib. sabahinfo.az-a verilən məlumata görə Konfransı giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov açıb və "İstehlakçıların hüquqlarının qorunmasında yerli icra hakimiyyəti orqanlarının vəzifələri”ndən danışıb. Sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış edib. Müzakirələrdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Kamran Umudov "İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, həmin xidmətin Dağlıq-Şirvan regional bölməsinin əməkdaşı Vüqar Əsgərov "Ərzaq məhsulları alarkən nələrə diqqət yetirməli”, sektor müdiri Yusif Hüseynov isə "Hər bir istehlakçı öz hüququnu bilməlidir” mövzusunda çıxış ediblər. Tədbirin ikinci hissəsində "Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda təlim kursu keçirilib. Burada satınalan təşkilatların nümayəndələri, aidiyyəti dövlət qurumlarının mühasibləri və sahibkarlar iştirak ediblər. Təlim kursunda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyevin "Satınalma prosesi rəqabət, ədalət və səmərəlilik”, həmin xidmətin şöbə müdirinin müavini Mirdaməd Kərimovun "Dövlət satınalmaları sahəsində mövcud qanunvericilik və onun tətbiqi prosedurları” mövzusunda məruzələri dinlənilib. Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib, qaldırılan problemlər və verilən təkliflər ətraflı müzakirə olunub.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws