Hüseyn Cavid prospektində piyada keçidi tikilir

2016-12-16 18:01:28 / 1344 dəfə oxunub

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, ASC-nin "Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən, 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq. 

Bura keçidin 21,9 metr uzunluğunda olan pilləkən hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metr olacaq. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.

Piyada keçidi nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Qeyd edək ki, keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar quraşdırılacaq.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws