Azərbaycan Avropadan şikayət etdi və məhkəməni uddu

2016-12-16 18:03:34 / 1300 dəfə oxunub

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İntizam Komissiyası Avropanın Bədii Gimnastika İttifaqının (UEG) Texniki komitəsinin direktoru və üç üzvünə Holonda keçirilən Avropa Çempionatı-2016-da qaydalara riayət edilməməsi ilə əlaqədar xəbərdarlıq edib. 

sabahinfo.Az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının qrupların yarışlarında hakimliyə dair şikayətindən sonra FIG hakimlər kollegiyasına daxil olan kollegiya və Avropa çempionatında apellyasiya münsiflərinin tərkibinə daxil olan bir neçə UEG nümayəndəsinə qarşı iş qaldırıb. 

Hər iki tərəf dinlənildikdən sonra İsveçrənin Lozanna şəhərində Mişel Dankan, Andreas Zaqklis və Mark Şonmeykersin daxil olduğu komissiyanın iclasının gedişatında aşağıdakı qərar qəbul edilib:

- UEG-in vitse-prezidenti Rudolf Hediger (İsveçrə), İcra komitəsinin üzvüKlemen Bedenik (Sloveniya) və Orna Şaiyə (İsrail) qarşı irəli sürülən ittihamlar təmin edilmir;

- Texniki komitənin rəhbəri Hayde Buneder (Avstriya), eləcə də Dominik Müller-Laut (Fransa), Jilbert Qianadda (İsveçrə) və Yelena Nefedova(Rusiya) Azərbaycan komandasının musiqi kəsildiyi üçün çıxışlarını başa vura bilmədikləri üçün xallarının çıxıldığı üçün xəbərdarlıq alırlar. Onların dördü də 1000 isveçrə frankı həcmində cərimə edilir, bu pullar FIG-in bu işlə əlaqədar xərclərinin ödənilməsinə sərf ediləcək. 

Xatırladaq ki, Azərbaycan qrupunun halqalar və gürzlərlə çıxışı zamanı texniki problemlər ucbatından çıxışın sonuna təxminən 10 saniyə qalmış musiqi kəsilib. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyevanarazıçılığını bildirib. Texniki komitə ilkin olaraq komandamıza yenidən çıxış etmək icazəsi verib, gimnastlarımız yenidən çıxışa hazırlaşıblar. Amma həmin anda Texniki komitənin rəhbəri bu çıxışa icazə verilməyəcəyini bildirib. Baxmayaraq ki, qaydalarda: "Fors-major hallarda (işıq sönərsə, musiqi avadanlığında nasazlıq meydana çıxarsa) gimnastlar təkrar çıxış edə bilərlər” yazılıb. 

Nəticədə Azərbaycan komandası həddən artıq aşağı qiymət – 15,400 xal qazanıb və bu hərəkətin finalına və ikinövlü finala çıxa bilməyib. 



Son xəbərlər
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27
Ulduzları barışmır
2017-04-27 14:28:34
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-04-27 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws