Astarada “BMV” ilə “VAZ” toqquşdu - 1 ölü, 1 yaralı

2016-12-16 22:48:53 / 1939 dəfə oxunub

Astarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb. 

 

Sürücülərinin kimliyi hələlik məlum olmayan "BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

 

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların bir sərnişini aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha bir nəfəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara  başlanılıb.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws