Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayacaq

2016-12-17 11:45:13 / 3805 dəfə oxunub

"Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığına əsasən, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli "Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və sentyabrın 21-də Ali Baş Komandanın iştirakı ilə təqdimatı keçirilib".

APA-nın məlumatına görə, bunu Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

 

Y. Camalov bildirib ki, bu məmulat "ADEX-2016” sərgisində də nümayiş etdirilib və böyük maraqla qarşılanıb: "Azərbaycan Silahlı Qüvvələrini yeni növ "Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!