Bakıda və rayonlarda qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

2016-12-17 12:14:32 / 1379 dəfə oxunub

Bakı və Abşeron yarımadasında dekabrın 18-də bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub  küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2°şaxtadan 1°-dək isti, gündüz  3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə  85-95 %, gündüz 50-55% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws