Habil Əliyevin oğlundan qəfil qərar: "Həmişəlik gedirəm"

2016-12-17 12:07:14 / 1164 dəfə oxunub

Mərhum xalq artisti Habil Əliyevin oğlu, bəstəkar-müğənni Rəvan Habiloğlu sənəti həmişəlik tərk etdiyini bəyan edib.

Milli.Az-a açıqlama verən Habiloğlu son mahnısı ilə tamaşaçılarla vidalaşdığını bildirib:

"Mən bu sənət aləminə nifrətimi çoxdan bildirmişdim və bu aləmdən də uzaqlaşmışdım. Yenidən bir mahnı yazdım və efirlərə çıxdım. Demək istədim ki, mən ölməmişəm, sağam. Amma indi qəti şəkildə elan edirəm ki, sənətdən gedirəm. Yaş o yaş deyil ki, əlimə mikrofon alım, oxuyum. Artıq öz işlərimlə məşğul olacam. Bir tikə çörək qazanıb, ailəmi saxlayacam. Bu sənət aləmində kim necə istəyir elə də eləsin".

Qeyd edək ki, R.Habiloğlu uzun müddət inciyərək sənətdən getsə də, bu yaxınlarda yeni mahnısı ilə gündəmə gəlmişdi.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws