Azərbaycanda təhsil müəssisələrinin qeydiyyat proseduru dəyişib

2016-12-18 09:25:55 / 1324 dəfə oxunub

Azərbaycanda təhsil müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcəkləri üçün Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayacaq.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar "Elektron xidmət növlərinin  Siyahısı”nda dəyişiklik edib.

 

Dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin elektron qaydada təqdim etdiyi xidmətlər sırasından təhsil müəssisələrinin qeydiyyatı proseduru, adları, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumatın verilməsi, təhsil müəssisələri üçün fərdi e-pəncərə, təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsinə dair elektron xidmətlər çıxarılıb.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli fərmanına əsasən publik hüquqi şəxs Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws