Azərbaycanda görünməmiş hadisə: 12 yaşlı qızın mədəsindən 1 kiloluq...

2016-12-18 11:08:37 / 799 dəfə oxunub

Azərbaycanda mədəsində ağrılar hiss edən yeniyetmə qızın mədəsindən tük topas çıxıb. Sabahinfo.az xezerxeber-ə istinadən xəbər verir ki, uşaqlarının günü-gündən arıqladığını və qarnının şişdiyini görən valideynləri onu həkimə aparıblar. Adı açıqlanmayan 12 yaşlı qızın xərçəng xəstəliyinə tutulması ehtimalı ana-atasını qorxuya salıb. Həkim müayinəsindən sonra onlar eşitdiklərinə inana bilməyiblər.

Məlum olub ki, qız "Trikofaji" adlı saç yemək xəstəliyindən əziyyət çəkir. Saç mədəni bötüvlükdə tutduğundan o yemək yeyərkən qaytarır. Qızlarının illərdir saç yediyindən xəbər tutan valideynləri həkim məsləhəti ilə onu əməliyyat etdiriblər.

Beləliklə də qızın mədəsindən 1 kiloya yaxın ağırlığı olan tük topası çıxarılıb. Həkim Toğrul Ömərovun sözlərinə görə, qızın çəkisi normaya düşəcək. Sadəcə belə insanlara əməliyyatdan sonra psixaloji yardım tələb olunur. Psixoloqun köməkliyi ilə onların bu vərdişlərindən azad olunmaları mümkündür. 



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws