Suriya danışıqları Astana davam edə bilər

2016-12-18 09:15:50 / 1218 dəfə oxunub

Nazarbayev Putin və Ərdoğanla Astanada Suriyaya üzrə görüşün keçirilməsinin mümkünlüyü müzakirə edib

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı və türkiyəli həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla Suriyadakı münaqişə tərəflərinin danışıqlarının Astanada keçirilməsinin mümkünlüyünü müzakirə edərək, bu təşəbbüsü dəstəkləyib.


 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.  

 

Qeyd edək ki, Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.

 

Onun sözlərinə görə, yeni danışıqlar prosesi Cenevrə danışıqlarını tamamlaya bilər.  

 

"Rusiya və Türkiyə prezidentləri ölkə başçısı ilə regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər. Rusiya və Türkiyə liderləri Suriyadakı münaqişə tərəfləri arasında danışıqlar prosesinin Astanada keçirilməsində maraqlı olduqlarını bildiriblər.  Nursultan Nazarbayev bu təşəbbüsü dəstəkləyib və ölkənin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir. 



Son xəbərlər
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27
Ulduzları barışmır
2017-04-27 14:28:34
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-04-27 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws