“Azərbaycanlılar ətdən imtina edirlər”

2016-12-19 12:15:18 / 930 dəfə oxunub

"Bayramqabağı Azərbaycanda bahalaşma ən pik həddə qalxacaq”. BunuModern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

 

Bəzi azərbaycanlılar daha ət yemirlər...

 

Hüquq müdafiəçisinin sözlərinə görə, bu gün azərbaycanlılar məcburi şəkildə ətdən imtina edir:

"10 ildir ki, Azərbaycanda qara kürü deyilən şey yoxdur. Devalvasiyadan sonra Azərbaycanda bəzi məhsullar arxa plana keçməyə başlayıb. Çünki qiymətlər sürətlə bahalaşır. İnsanların bu məhsullara əlçatanlılığı azalır. Ümumilikdə, 2016-cı ildə Azərbaycan əhalisinin ət istehlakı kəskin olaraq aşağı düşüb. Buna adekvat olaraq da qiymətlər yüksəlib. Bu isə bazarda çox böyük defisit olmasından, inflyasiya səviyyəsinin yüksəlməsindən xəbər verir. Əlbəttə, ümumilikdə kalorili qidaların, ət və ət məhsullarının, balıqların qiymətində artım olduğundan vətəndaşlar bu məhsullara daha az müraciət edir. Bu gün əhali daha çox yerli kənd təsərrüfatı məhsullarına, yerli quş ətlərinə üstünlük verirlər. Bu gün Azərbaycan vətəndaşı balıqdan, ətdən könüllü yox, məcburi qaydada imtina edir.

 

Hökumət bolluq yarada bilmir

 

E.Hüseynov deyib ki, bahalaşma ilə bağlı hər gün istehlakçı şikayətləri qəbul edirlər:

"Vətəndaşlar məhsulların birdən-birə niyə bu qədər bahalaşdığını bilmək istəyir. Hökumət orqanları bazarı tənzimləyə bilməz. Bazar özü qiymətləri tənzimləməlidir. Əhali günahın çoxunu hökumətdə görür. Hökumət qurumları  bolluq yaradılması üçün kənd təsərrüfatının inkişafında effektiv siyasət aparmalıdır. Hökumət bazara "niyə bu qiymətə satırsız” deyə diqtə edə bilməz. Təəssüf ki, hələ kənd təsərrüfatının siyasəti yarıtmazdır”.

 

AİB sədri deyib ki, keçən illə müqayisədə bu il bayram məhsulları, xüsusilə çərəzlər, quru meyvələr 70 faiz baha satılacaq:

"Həmin 70 fazilik bahalaşma isə enməyəcək. Çünki Azərbaycanda bir dəfə qalxan qiymətlər, bir daha enmir”.



Son xəbərlər
Dollar BAHALAŞDI
2017-03-30 19:08:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws