"Qəbələ" iki futbolçu ilə yeni müqavilə bağlayır

2016-12-19 14:55:20 / 652 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ikinci dövrəsini II pillədə başa çatdıran "Qəbələ" klubu müqaviləsi yanvarda bitəcək futbolçularla danışıqlara başlayıb.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, bunlar Dmitri Bezotosnı və Vojislav Stankoviçdir.

Baş məşqçi Roman Qriqorçuk hər iki oyunçunun bundan sonra da ona lazım olduğunu bildirərək, müqavilələrinin yenilənməsini istəyib.
 
Rəhbərlik həm ukraynalı qapıçı, həm də serbiyalı müdafiəçi ilə dərhal danışıqlara start verərək, onlara əməkdaşlığı davam etdirmək təklifi edib. Həm Bezotosnı, həm də Stankoviçin 2-3 gün ərzində "qırmızı-qaralar"la yeni müqaviləyə qol çəkəcəyi bildirilir.
 
Qeyd edək ki, Bezotosnı cari mövsümdə ümumilikdə 29, Stankoviç isə 26 oyunda meydana çıxıb.



Son xəbərlər
Bu rayonlarda qaz olmayacaq
2017-02-21 12:35:26
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws