Azərbaycanda rəqəmsal yayıma tam keçidin vaxtı açıqlandı

2016-12-19 15:10:55 / 339 dəfə oxunub

Dekabrın 20-dən analoq televiziya yayımı daha 14 rayonda dayandırılacaq.

sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio” İstehsalat Birliyindən məlumat verilib.

Sabahdan analoq yayım Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılacaq.

Dekabrın 20-si saat 00:00-dan həmin rayonlarda bütün yayım ya rəqəmsal standartda, ya da kabel TV və peyk vasitəsilə həyata keçiriləcək.

Bununla da Azərbaycan tamamilə rəqəmsal yayıma keçəcək.

Qeyd edək ki, dekabrın 1-dən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-dan isə Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyşay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri ("Set-Top-Box”) 35 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan anten vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt”nə zəng etmək olar.



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws