Nursultan Nazarbayev Qazaxıstan parlamentinin azərbaycanlı deputatını təltif edib

2016-12-19 16:50:47 / 1612 dəfə oxunub

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmovu təltif edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Qazaxıstan parlamentinin azərbaycanlı deputatı M. Məhərrəmov N. Nazarbayevin fərmanına əsasən, "Əmək fəaliyyətində fərqlənməyə” görə və "Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalları ilə təltif edilib.

 

Qeyd edək ki, babaları 1937-ci ildə Azərbaycandan Qazaxıstana sürgün edilən M. Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu rayonunda doğulub. Bu il keçirilən parlament seçkilərində qalib gələn 45 yaşlı M. Məhərrəmov Parlament Məclisində təmsil olunan ilk azərbaycanlı deputatdır. 



Son xəbərlər
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws