Ənvər Məmmədxanlının anım günüdür

2016-12-19 17:16:43 / 1034 dəfə oxunub

Bu gün yazıçı, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946-1964) olmuş, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Məmmədxanlı Ənvər Qafar oğlunun ölümündən 26 il keçir.

sabahinfo.Az xəbər verir ki, Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına Sənaye texnikomunda təhsil alıb (1926-1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib (1931-1934).

Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938), "Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub.

Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb (1943-1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda” ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışıb (1944-1946). Ordudan tərxis ediləndən sonra "Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub(1946-1964).

Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib.

İki dəfə "Şərəf nişanı” (1946-1949), "Qırmızı Əmək bayrağı” (1980-1983) və "İkinci dünya müharibəsi” (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub.

1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws