“İrəli” İctimai Birliyinin təşkilat olaraq fəaliyyətə başlamasının səkkiz ili tamam olur

2016-12-19 16:59:04 / 1651 dəfə oxunub

"İRƏLİ” İctimai Birliyi, 2008-ci il, 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunmuşdur. Artıq bu il, "İRƏLİ” İctimai Birliyi təşkilat olaraq fəaliyyətinin 8-ci il dönümünü təntənəli şəkildə qeyd edir.

"İRƏLİ” İctimai Birliyi hər il təşkilatın nizamnaməsinə əsasən mütəmadi olaraq birliyin hesabat konfransını və hər iki ildən bir isə hesabat-seçki konfransını keçirir. 19 dekabr 2016-cı il tarixində təşkilatın V hesabat-seçki konfransı keçirilib.

Konfransa başlamazdan əvvəl, "İRƏLİ” İctimai Birliyinin 350 nəfər üzvü, həmçinin təşkilatın sədri və idarə heyəti nümayəndələrindən ibarət heyət "Fəxri Xiyabanı” ziyarət edib, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əkili və güllər qoyub. Daha sonra, heyət "Şəhidlər Xiyabanını” ziyarət edib, ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi də ehtiramla yad edib, "Əbədi Məşəl” abidəsinin önünə əkili və güllər qoyub. Anım mərasimindən sonra nümayəndələr V hesabat-seçki konfransında iştirak edib.

Konfransda təşkilatın son iki illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra, birliyin 2014-2016-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib və təşkilatın baş katibi təşkilatın son iki illik fəaliyyəti ilə bağlı çıxış edib. Hesabat təsdiqləndikdən sonra, təşkilatın idarə heyəti açıq səsvermə yolu ilə təsdiqlənib. Seçki prosesi yeni sədrin seçilməsiylə başa çatıb. Səs çoxluğu ilə MirHəsən Seyidov yenidən idarə heyətinin rəhbəri seçilib.

MirHəsən Seyidov çıxışında gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib.

Qeyd edək ki, İrəli İctimai Birliyi öz ad günü tortunu Son zamanlar cəbhə xəttində yaranan gərginliyi nəzərə alaraq, gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənmiş gəncləri mükafatlandırmaq məqsədi ilə, "İRƏLİ” İctimai Birliyi 18 dekabr 2016-cı il tarixində təşkilatın təsis edilməsinin 8 illiyini cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə qeyd edib.

"İRƏLİ” İctimai Birliyinin 8-ci il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, "İRƏLİ” komandası və 100 nəfərə yaxın gənc üzvlə birlikdə cəbhə xəttində yerləşən № saylı hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramı təşkil olunması nəzərdə tutulmuşdur.

Artıq üçüncü ildir ki, "İRƏLİ” İctimai Birliyi bu ənənəni davam etdirərək, təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsir.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws