Rusiya səfirini qətlə yetirən FETÖ-cüdür?

2016-12-20 10:20:41 / 2249 dəfə oxunub

Ötən gün Ankarada rəsm sərgisinin açılışında iştirak edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürüldü.

Qeyd edək ki, diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır.
 
Məlumat üçün bildirək ki, Mövlud Mert səfirə atəş açdıqdan sonra: "Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək", "Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq", - kimi mesajlar verib.
 
Xatırladaq ki, Mövlud Mert hadisədən dərhal sonra zərərsizləşdirilib.
 
Sabahinfo.Az modern.az-a istinadən xəbər verir ki, Türkiyənin hökumətə yaxın KİV-lərində səfirin qatili olan polis məmurunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu haqda məlumatlar yayılıb. Lakin bu iddia hələlik rəsmi təsdiqini tapmayıb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws