Keçmiş arvadının sevgilisini amansızlıqla öldürdü - AZƏRBAYCANDA

2016-12-20 10:32:01 / 2343 dəfə oxunub

Tərtər rayonunda qətl törədilib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Tərtər şəhəri Cəlil Məmmədquluzadə küçəsi 86 ünvanında 1972-ci il təvəllüdlü Hüseynov Vüqar Sabir oğlu 1981-ci ildə anadan olmuş Tanrıverdiyev Qaraxan Rövşən oğlunu bıçaqlayaraq qətlə yetirib.

 

Məlumata görə, V. Hüseynov bir müddət əvvəl həyat yoldaşı Cəmilə Əhmədovadan boşanıb. Bundan sonra qadın C.Məmmədquluzadə küçəsindəki binada kirayə ev tutaraq yaşamağa başlayıb. C.Əhmədovanın Q.Tanrıverdiyevlə birlikdə yaşadığını öyrənən keçmiş həyat yoldaşı dünən mənzilə gəlib və məlum hadisəni törədib.

 Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws