Leyla Əliyeva “Zima” Uşaq Estrada Musiqisi Festivalında – FOTO

2016-12-20 16:05:50 / 2764 dəfə oxunub

Dekabrın 17-də ölkənin baş səhnəsində - Heydər Əliyev Sarayında "Zima” Uşaq Estrada Musiqisi Festivalı böyük uğurla başa çatdı.

sabahinfo.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Xüsusi qeyd edək ki, "Zima” festivalının ideyası məhz Leyla xanımın oğullarına - 8 yaşlı Əli və Mikayıla məxsusdur.

Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Məlum olduğu kimi, arzu edən hər bir istedadlı uşaq bu festivalın iştirakçısı ola bilərdi. Bunun üçün sevimli mahnını ifa etmək, onu videoməlumat kimi yazmaq və təşkilat komitəsinə göndərmək yetərli idi. Münsiflər heyətinin ciddi seçimindən sonra finala cəmi 22 gənc istedad keçdi.

Qala-konsertdə səhnəyə Aysel Əfəndiyeva, Aytən Hacıyeva, Aliyə Əliyeva, Atilla Məmmədov, Bahar Babazadə, Lalə Zeynallı, Məryəm Mayqari, Nəzrin Əsədova, Nərgiz Əliyeva, Nemət Tağıyev, Nigar Bayramlı, Nigar Rəhimova, Nuru Qasımov, Rüstəm Kərimov, Rüfət Məmmədov, Səbinə Abbasbəyli, Səbinə Quluzadə, Sevil Əsədullayeva, Suada Ələkbərova, Timur Nərimanov, Fərid Hüseynov və Fidan Hüseynova çıxdılar.

Məxsusi olaraq şou iştirakçılarını dəstəkləmək üçün Sankt-Peterburqdan gəlmiş "Qolos. Deti” layihəsinin finalçısı Azər Nəsibov festivalın ulduz qonağı oldu.

Layihə üzərində bir qrup istedadlı mütəxəssis işləyib. "Zima”nın rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. Şounu Ranar Musayev və Suel Heybətova aparıblar. Layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq Ukraynanın Əməkdar artisti Rimma Şapovalovadır. Uşaqların obrazları üzərində dizayner Zümrüd Mirzəliyeva işləyib, icraçı prodüser rolunda Yelena Rıbalko çıxış edib.

Çıxışlar başa çatandan sonra iştirakçılara festivalın xatirə diplomu təqdim edilib. Nəzrin Əsədovaya Paris "Disneyləndi”nə yollayış verilib.



Son xəbərlər
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws