Öldürülən səfir "Allaha çox şükür ki, Suriyada deyil, Türkiyədə səfirəm" demişdi...

2016-12-20 15:16:32 / 723 dəfə oxunub

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiya səfiri Andrey Karlov 2013-cü il sentyabrın 2-də etimadnaməsini Türkiyənin həmin dönəmdəki prezidenti Abdullah Gülə təqdim etmişdi.

sabahinfo.Az Trend-ə istinadən bildirir ki, A.Karlov 2013-cü il oktyabrın 3-də ilk mətbuat konfransın təşkil etmiş və "Allaha çox şükür ki, Suriyada deyil, Türkiyədə səfirəm" demişdi:

"Suriya bizə müstəqil və əmin-amanlığın olduğu bir ölkə kimi lazımdır, qonşularına təhdid mənbəyi olmamalıdır".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws