İsmayıllıda “Açıq hökumətin təşviqində ASAN idarəçilik” mövzusunda tədbir keçirilib

2016-12-20 18:11:43 / 959 dəfə oxunub
"Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 20 dekabr 2016-cı il tarixdə İsmayıllı rayonunda "Açıq hökumətin təşviqində ASAN idarəçilik” mövzusunda tədbir keçirib.

Tədbirin əsas mahiyyətini Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizimlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi təşkil edib. Yüzə yaxın dinləyicinin iştirak etdiyi və Heydər Əliyev Mərkəzinin məkan seçildiyi tədbiri giriş sözü ilə "Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev açıb. O, Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət Planına dair təşəbbüslərdə ASAN idarəçiliyin təbliği layihəsinin əsas mahiyyəti barədə məlumat verib. Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov tədbirin keçirilməsi üçün İsmayıllını məkan seçdiklərinə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu gün İsmayıllıda tam şəffaf bir mühit hökm sürür. 2017-ci ildən İsmayıllı tam özünümaliyyələşdirməyə keçəcəkdir. Rayon rəhbəri şəffaflığın təmin edilməsi ilə yanaşı yeni iş yerlərinin yaradılması, rayonda sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyünü qeyd edib. Tədbirdə korrupsiya qarşı mübarizə ilə bağlı mövcud qanunvericiliyin təbliği, mübarizə tədbirlərinin optimallaşdırılması barədə maarifləndirmə söhbətləri aparılıb. Gənclər Mərkəzinin direktoru, layihənin eksperti Kənan Quluzadə, Dövlət Qulluğu veteranı Valeh Salehov, İsmayıllı rayon İctimai Nəzarət Şurasının üzvü Elçin Məmmədov çıxış edərək Açıq hökumətin təşviqində ASAN idarəçiliyin üstünlüklərini, cənab Prezidentin bu sahəyə xüsusi əhəmiyyət verdiyini, ölkə vətəndaşlarının ümumi razılığına səbəb olduğunu diqqətə çatdırıblar. Sonda RİH başçısı Mirdaməd Sadıqova "Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi”nin təşəkkürnaməsi təqdim olunub.


Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws