Çavuşoğlu: "Səfirin qətlinin arxasında FETÖ dayanır"

2016-12-21 09:00:12 / 833 dəfə oxunub

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında FETÖ-nun dayandığını bildirib.   

 

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Kerri, öz növbəsində, baş vermiş hadisədən kədərləndiyini bildirib. 

 

Tərəflər daha sonra Suriya vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. 

 

Xatırladaq ki, dekabrın 19-da axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

 

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

 

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws